Nyu-Yorkun adını dəyişdirdilər, ara qarışdı

ABŞ-ın Nyu-York şəhərinin adının Snapchat kimi populyar tətbiqlərdə xəritələrdə "Jewtropolis (Yəhudi şəhəri)" olaraq dəyişdirildiyi ortaya çıxıb.
“New York Times”-ın xəbərinə görə, Snapchat, Citi Bike, Streeteasy kimi populyar tətbiqlərdə Nyu-Yorkun adının bu səhər etibarilə "Jewtropolis" olaraq dəyişdirildiyi görülüb.
ÇİRKİN SƏHV
Sözügedən praktika üçün inteqrasiya xəritə xidməti verən Mapbox şirkətinin rəhbəri Erik Gundersen verdiyi açıqlamada bu çatışmamazlığın "bir xətanın ən pis növü" olduğunu bildirib.
BİR SAAT İÇİNDƏ DÜZƏLDİLİB
Praktik olaraq gündə bir çox dəfə tənzimləmə keçirildiyini bildirən Gunderson, bu aktların dərc olunmadan əvvəl insanlar tərəfindən nəzərdən keçirildiyini, bu adamlardan birinin Nyu-York üçün "Jewtropolis" dəyişdirməsi etdiyini bildirib.
Həmin xətanın bir saat içində fərq edilib, düzəldildiyini, məsələnin araşdırıldığını bildirən Gunderson, "Belə şəraitlərdə nifrət ritorikasının olması dəhşətlidir. İnternet təhlükəsiz bir yer olmalıdır" deyib.
Nyu-York adının dəyişdiyini hiss edən bir çox sosial media istifadəçisi isə ekran görüntüsü alaraq təpkilərini etdikləri paylaşmalarda dilə gətiriblər.
Müxalifət.az