Oğlanlara məktəbə şortla gəlməyə izn verilmədi... onlar ətəkdə gəldilər

Baxış sayı:
3001

Britaniyada bir məktəb oğlanlara dərsə şortla gəlməyə izn vermədikdən sonra etiraz edən şagirdlər məktəbə ətəklə gəldilər.
Hadisə ölkənin cənubundakı Bournmouth bölgəsində baş verib.
Ferndown Middle orta məktəbi istilərə görə şort geyinmək istəyən 13 yaşlı şagirdlərin müvafiq müraciətini rədd edib.
Şagirdlər isə forma qaydalarının sərtliyinə etiraz əlaməti olaraq dərsə ətəkdə gəlməyə qərar veriblər.
Bu arada onlardan biri ətəyin çox qısa olmasına görə məktəbə buraxılmayıb, yerli Daily Echo qəzeti xəbər verir.
Hadisədən sonra məktəb müdiriyyəti şagirdlərin istəyini nəzərə alıb, məktəbdə izn verilən geyim növlərinə şortları da əlavə etmək niyyətindədir.
İndiyədək oğlanların yeganə seçimi qara rəngli şalvar olub.
Qızlara isə həm ətək həm də ki, şalvarda gəlməyə izn verilir.
Valideynlərdən biri etirazçı şagirdlərlə həmrəy olduğunu deyib. O, hesab edir ki, isti havada uzun şalvar, qalstuk və köynəkdə gəlmək tələbi qeyri-ədalətlidir.
"Qızların qısa ətəkdə sərinləşdiyi halda, oğlanların qış formasında qalması ədalətli görünmür", - Daily Echo qəzetinə danışan valideyn deyib.