​Oğurluq edən yeniyetmələr saxlanılıb

Baxış sayı:
5026

Evlərdən oğurluq edən yeniyetmələr saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 20-nə keçən gecə Sulutəpə qəsəbəsindəki mənzillərin birindən 50 manat pul, 300 manat dəyərində qızıl əşyalar və planşet oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Kənan Tağıyev və iki yeniyetmə saxlanılıb.