"Pakistan HHQ "Taliban"a birbaşa aviasiya dəstəyi verir” - Əfqanıstanın Birinci vitse-prezidenti

Baxış sayı:
5383

İslamabad Kabilə xəbərdarlıq edib ki, Əfqanıstan hökumət qoşunlarının talibləri Spin-Boldak rayonundan (Pakistanla sərhəd) sıxışdırıb çıxarmaq istiqamətindəki bütün fəaliyyəti Pakistan Hərbi-Hava Qüvvələri (HHQ) tərəfindən qarşılanacaq. Bu barədə Əfqanıstanın Birinci vitse-prezidenti Əmrulla Saleh bəyan edib.

“Pakistan HHQ rəsmi qaydada Əfqanıstan ordusunu və Hərbi-Hava Qüvələrini xəbərdar edib ki, onların taliblərin Spin-Boldak rayonundan sıxışdırılması istiqamətində bütün fəaliyyəti Pakistan HHQ tərəfindən qarşılanacaq. Hazırda Pakistan HHQ müəyyən rayonlarda «Taliban»a birbaşa aviasiya dəstəyi verir” – deyə, Saleh «Tvitter»də yazıb.

Bu, taliblərin belə bir bəyanatından sonra baş verib ki, onlar Əfqanıstan-Pakistan ərazisi arasında yerləşən Spin-Boldakdakı (Qəndəhar əyaləti) açar nəzarət-keçid məntəqələrini (NKM) ələ keçiriblər.

«Taliban»ın sosial şəbəkədə yaydığı videoda Dostluq Darvazası üzərində Əfqanıstanın milli bayrağı əvəzinəqruplaşmanın ağ bayrağı dalğalanır.

Qeyd etmək lazımdır ki, bu həftə Pakistan Əfqanıstan üzrə sülh konfransı keçirəcəyini elan edib. İlk olaraq, görüşün iyulun 17-də keçirilməsi planlaşdırılmışdı. Ancaq əfqan siyasi liderlərinin Dohaya səfəri səbəbilə konfrans təxirə salınıb. Dohada onlar «Taliban» liderləri ilə danışıq aparmalıdırlar.