Pakistanda dəhşətli PARTLAYIŞ: 25 ölü, 40 yaralı
25-07-2018 11:15
Baxış sayı:
3562

Pakistanın Ketta bölgəsində dəhşətli partlayış baş verib.
Muxalifet.az xəbər verir ki, partlayış seçki günü səsvermə məntəqəsi yaxınlığında törədilib. Nəticədə 25 nəfər həlak olub, 40 nəfər yaralanıb.
Xatırladaq ki, bu gün Pakistanda parlament və əyalət məclisinin üzvlərini müəyyənləşdirmək məqsədilə seçkilər keçirilir.