“Paşinyanın qızı 7-dən çox avtomobilin olduğu kortejlə gəzir...” - ERMƏNİ KİV-LƏRİ

Baxış sayı:
851

Ermənistanın baş naziri Nikol Paşinyanın böyük qızı Mariam kortejin müşaiyəti ilə gəzir. Bu haqda “İravnuk” qəzeti yazır. Bildirilir ki, indiki isti yay günlərində Mariam tez-tez atasının doğulduğu İcevana gedir, orada gəzməli yerlərə baş çəkir və dincəlir.

“Bəlli olur ki, bir neçə gün əvvəl Mariam 7-dən çox maşının olduğu kortejin müşaiyəti ilə İcevana gedib. Mariam nədən belə qorxur, aydın deyil, amma sonuncunun bu dəbdəbəli səyahəti şahidlərin diqqətini cəlb edib”,-qəzet yazır.