PENTAQON TÜRKİYƏ İLƏ BAĞLI QƏRARINI VERDİ

Baxış sayı:
5365
Muxalifet.az xəbər verir ki, Pentaqon iyunun 21-də iki ədəd F-35 hərbi təyyarəsini Türkiyəyə təhvil verəcəyini bəyan edib.
ABŞ Senatının Türkiyəyə F-35 hərbi təyyarəsi satışını əngəlləyən qanun layihəsini təqdiqləməsinə rəğmən, ABŞ Müdafiə Nazirliyi bəyan edib ki, Texas ştatının Fort Vors şəhərinə keçiriləcək mərasimdə iki ədəd təyyarə Türkiyəyə təhvil veriləcək. Məlumatı Pentaqonun mətbuat nümayəndəsi Mayk Endrüs verib.
M.Endrüs ABŞ Müdafiə Nazirliyinin Senatın verdiyi qərarla bağlı şərh verməyəcəyini bildirərək deyib: “Türkiyə NATO-nün ən mühüm müttəfiqlərindən və 2002-ci ildən bəri F-35 proqramının beynəlxalq iştirakçılarından biridir”.
ABŞ Senatının qərarının qüvvəyə minməsi üçün Nümayəndələr Palatasının qərarı ilə üst-üstə düşməsindən sonra prezident Donald Tramp tərəfindən təsdiq edilməsi lazımdır.