Peskovdan XƏBƏRDARLIQ: YPG geri çəkilməsə Türklər ilə təkbətək qalacaq
25-10-2019 18:50
Baxış sayı:
4306

Kremlin mətbuat katibi Dmitri Peskov YPG terroçularına "əgər Suriya-Türkiyə sərhədinin Suriya tərəfindən çəkilməsələr, Türk silahlı qüvvələri ilə təkbətək qalacaqlarını" bildirdi.
Bu barədə Muxalifet.az "Hürriyet"ə istinadla xəbər verir.
Peskov nitqində nə Rusiya , nə də Suriya hərbi qüvvələrinin bu məsələyə müdaxilə etməyəcəyini bildirdi.
Bundan başqa Peskov, “onların özü ilə əlaqə yaradıb xəbərdarlıq etdik, yenə də edirik. Çox həssas və çətin bir mərhələdəyik. Bəzi ləngimələr və çətinliklər baş verə bilər, bunu nəzərə alırıq. Ancaq hər şeyin günü sabah da düzəlməsini və normallaşmasını gözləyə bilmərik. Soçi razılaşmasının şərtləri sorğu-sualsız yerinə yetiriləcəkdir”-dedi.