PKK liderərindən biri öldürüldü - KİV
19-06-2018 16:27
Baxış sayı:
6025

PKK terror təşkilatının komandirlərindən biri Türkiyə Silahlı Qüvvələrinin Qəndildə keçirdiyi hərbi əməliyyatlar zamanı öldürülüb.
Muxalifət.az xəbər verir ki, bu barədə “Rudav” saytı informasiya yayıb. Sayt öldürülən terrorçunun adının hələlik açıqlanmadığı bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan öncə TSQ-nin Qəndildə terrorçuların toplantı məkanlarını vurduğunu açıqlamışdı. Ərdoğan vurulan məkanlarda terror təşkilatının liderlərinin olub-olmaması sualına isə “böyük ehtimalla olduqlarını” cavabını vermişdi.