PKK-nın yeni “Ərəb oyunu” İFŞA EDİLİB

Baxış sayı:
3187

Terror təşkilatı PKK-nın Suriya qolu YPG-nin yeni oyunu ifşa olub. Suriyanın şimalında Ərəblərin sıx yaşadığı bölgələrdə, terror təşkilatının lideri Abdulla Öcalanı Ərəb qiyafəsində göstərən bir fotoşəkil ortaya çıxıb. PKK-nın bu həmləsi, qatil Öcalanı Ərəblərə sevimli göstərməklə, bölgə xalqını yanına çəkməyə hesablanıb.
 
ABŞ, Səudiyyə Ərəbistanının rəhbərliyi altındakı Ərəb ölkələrini Suriyanın şimalında terror təşkilatı PKK-nın Suriya davamı YPG-nin olduğu ərazilərə yerləşdirmək istəyir. Səudiyyə Ərəbistanının rəhbərliyi altında yaradılmaq istənilən bir Ərəb koalisiyasının müzakirə olunduğu bu dövrdə, regionda maraqlı bir foto ortaya çıxıb.
Suriyanın şimalında Ərəblərin sıx yaşadığı bölgələrdə, terror təşkilatının lideri Abdulla Öcalanı Ərəb qiyafəsində göstərən bir fotoşəkil meydana çıxıb.

ABŞ-ın dəstəyini arxasına almaqla, davamlı ad dəyişərək oyunlar quran terror təşkilatı PKK, bu dəfə Suriyanın şimalındakı Hasəkə şəhərində terrorçubaşı Ocalanın Ərəb qiyafəsində visual bir fotoşəklini yerləşdiriblər Bununla PKK terrorçuları özlərini və terrorçubaşı Abdulla Öcalanı sevimli göstərərək, bölgə xalqını yanına çəkməyə çalışdığı qeyd edilib.
Müxalifət.az