Poroşenko antirekord vurur, Maydan liderləri isə...

Baxış sayı:
3769
Ukrayna Prezidenti Pyotr Poroşenkonu dəstəkləyənlərin sayı minimum həddə enib.
Muxalifet.az xəbər verir ki, bu nəticə “Reytinq” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuda iştirak edənlərin yalnız 8,6%-i yaxın gələcəkdə seçki baş tutacağı halda Pyotr Poroşenkonu dəstəkləyəcəyini bildirib. Ümumiyyətlə, Poroşenkoya heç vaxt səs verməyəcəyini bildirən ukraynalıların sayı respondentlərin 52%-ni təşkil edib.
Poroşenkodan fərqli olaraq onun gələcək seçkidə əsas rəqibi olacaq Yuliya Timoşenkonu isə dəstəkləyənlərin sayı 16% təşkil edib. Bununla belə Timoşenkonu dəstəkləməyənlərin də sayı yetəri qədər olub. Sorğu iştirakçılarının 20,8%-i heç vaxt Timoşenkoya səs verməyəcəklərini bildiriblər.
Ən maraqlı məqam Maydan hərəkatının liderləriylə bağlı olub. Belə ki, hərəkatın önündə gedən siyasətçilərdən heç biri xalqın dəstəyini qazanmayıb. Belə ki, ukraynalıların 30%-i Arseni Yatsenyukun, 14,7%-i Oleq Tyaqnibokun heç vaxt prezident olmasını istəmədiklərini deyiblər. Əvəzində Yatsenyuku prezident kimi cəmi 1,1%, Tyaqniboku isə 2,8% ukraynalı lider kimi dəstəkləyəcəyini vurğulayıb.