PREZİDENT ŞƏFİYEVLƏ BAĞLI SƏRƏNCAM İMZALADI - Sədr təyin edildi + DOSYE / Yenilənib

Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilsin.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Xatırladaq ki, bu il fevralın 20-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" və "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi" publik hüquqi şəxslərin yenidən təşkili haqqında Fərman imzalayıb.
Qeyd edək ki, Fərid Şəfiyev 1969-cu ildə Bakı şəhərində anadan olub.O, 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb.
2002-2003-cü illərdə Harvard Universitetinin Kennedi Dövlət Məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib.
2009-2015-ci illərdə Karlton Universitetində oxuyaraq, tarix üzrə elmlər doktoru dərəcəsini alıb.1996-cı ildən Xarici İşlər Nazirliyi sistemində işləyir. 1998-2001-ci illərdə Azərbaycanın BMT yanında nümayəndəliyində çalışıb.
22 may 2009-cu ildən Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiridir.2009-2014-cü illərdə Azərbaycanın Kanadada, 2014-2019-cu illərdə isə Çexiyada fövqəladı və səlahiyyətli səfiri olub.
26 may 2011-ci ildən 9 iyul 2014-cü ilədək Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında da Azərbaycan Respublikasının daimi nümayəndəsi olub.
2019-cu il fevralın 19-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri təyin edilib.
ADA Universitetində Beynəlxalq Münasibətlər və Xarici Siyasət istiqamətləri üzrə akademik fəaliyyət göstərir. Fərid Şəfiyev çoxsaylı məqalələrin, müstəqil şərhlərin (op-ed) və bir sıra akademik nəşrlərin, o cümlədən 2018-ci ildə McGill-Queen’s University Press tərəfindən nəşr olunmuş “Sərhəd bölgələrinin köçürülməsi: Cənubi Qafqazda məskunlaşma siyasəti və etnik münaqişə” adlı kitabın müəllifidir.
O, Azərbaycan, çex, ingilis, fransız, rus və türk dillərini bilir.








































