​Prezident şəhərə gəldi, terakt oldu: 15 ölü, 20 yaralı

Baxış sayı:
2776

Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində kamikadzenin törətdiyi partlayış nəticəsində 15 nəfər həlak olub.
Muxalifet.az xəbər verir ki, şəhər sözçüsü Attaullah Xoqyani hadisə zamanı 20 nəfərin yaralandığını bildirib. Hücum Əfqanıstan Prezidenti Əşrəf Qaninin şəhərə səfəri əsnasında baş verib.
Hələ ki, teraktın məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.