​“Prezident Sini çox istəsəm də, 500-ə qədər qaldırmağa hazıram”

Baxış sayı:
4102

Muxalifet.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Çindən idxal edilən 500 milyard dollar dəyərində məhsula gömrük vergisi tətbiq eləməyə hazır olduğunu bildirib. CNBC-yə müsahibə verən Tramp deyib: “500-ə çıxmağa hazıram”.
Mətbuatın yazdığına görə, bu rəqəmlə Tramp 2017-ci ildə ABŞ-ın Çindən 505 milyard dollarlıq məhsul idxal eləməsini nəzərdə tutur.
ABŞ Statistika İdarəsinin məlumatına görə, 2017-ci ildə Birləşmiş Ştatlar Çinə 129,9 milyard dollarlıq mal ixrac edib, əvəzində Çindən 505 milyard dollarlıq mal idxal edib. Tramp məsələ ilə bağlı deyib: “Bunu siyasət naminə etmirəm, ölkəmiz üçün xeyirli olan bu olduğu üçün edirəm. Çox uzun illərdir ki, Çin tərəfindən aldadılırıq. ABŞ-ın ticarət və pul siyasətindən də bir çox sahədə sui-istifadə edilir. Çini qorxutmaq istəmirəm. Onların da yaxşı olmasını istəyirəm. Prezident Sini çox istəyirəm, amma indiki vəziyyət qətiyyən ədalətli deyil”.