"Pərvizlə Türkanın oxumağına nə ad vermək olar?"

Baxış sayı:
16411

Müğənni Aysel Əlizadə "söhbət var" verilişində qonaq olub.
Axşam.az xəbər verir ki, proqramın aparıcısı Dilarə Əliyeva sənətçiyə "Bir müddət əvvəl müsahibəndə "Nəsə eləmək üçün arxanda güclü insan olmalıdır" demişdin. Nələrsə edəndə arxanda kimsə var idi" sualını ünvanlayıb. Aysel aparıcıya belə cavab verib:
"İki il əvvəl olan söhbət idi. Yaş keçdikcə, müdrikləşirik, fikrim dəyişir. İnsanın istəyi və niyyəti önəmlidir. Əgər düzgün yoldasansa, heç kimə ehtiyac yoxdur. Yanlış fikirlər hər zaman olur".
Aysel uzun müddətdir gündəmdən uzaqlaşmasının səbəbini açıqlayıb:
"Yandırdın qəlbimi" mahnısından sonra hər şeyi dayandırdım. Hətta dedim ki, oxumaq istəmirəm. Gedirsən, bəzən elə mövzu açırlar ki, sənə uyğun deyil. Verilişlərdə ancaq qalmaqaldır: kim kimlə evləndi, boşandı, uşağı oldu. Primitiv mövzular təqdim edilir. Musiqi təhsili almışam, hörmətli müəllimlərim olub. Ancaq indi sənətdən anlayışı olmayanlar qəbul edilir. Kaş məktəblərdə musiqi dərsi keçirilərdi. İndiki yeniyetmələr fərqli musiqi anlayışı ilə böyüyürlər".
İfaçı hazırda "Youtube"da 99 milyon izləmə sayı toplayan Fatih Bulutun "Çok Sevdim Yalan Oldu" mahnısını tənqid edib:
"Təkcə bizdə yox, Türkiyədə də problemlər var. Trendə düşən bir mahnı var, eşidəndə dəhşətə gəlirəm. Ona qulaq asa bilmərəm. Mahnı 11 günə 40 milyon olar? Hazırda dünyada "Youtube"un üçüncüsüdür. Necə olur bu?".
Meyxanalardan danışan Aysel Pərviz Bülbülə ilə Türkanın oxu tərzini anlamadığını söyləyib:
"Mənə çox maraqlıdır, meyxana fərqlidir. Pərviz Bülbülə ilə Türkanın ifası başqadır. Ona nə ad vermək olar?".