PUTİN PAŞİNYANA "SƏHVİNİ" XATIRLATDI - Lavrov İrəvandakı səfiri niyə geri çağırıb?

Baxış sayı:
6679

Rusiya Ermənistanın Baş nazir Nikol Paşinyanın “2020-ci ildə Ermənistana qarşı 44 günlük müharibənin hazırlanmasında iki KTMT ölkəsi iştirak edib” açıqlamasına görə İrəvandakı səfirini geri çağırıb. Beləliklə, münasibətlər növbəti gərginlik mərhələsinə qədəm qoyub.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Paşinyan “2 dövlət” dedikdə Rusiya və Belarusu nəzərdə tutub. 

Onun sözlərinə görə, Paşinyanın bu açıqlaması Kreml sahibi Vladimir Putinin narazılığına səbəb olub və Rusiya Prezidentinin təlimatıyla xarici işlər naziri Sergey Lavrov nümayişkənarə şəkildə Sergey Kopırkini müvəqqəti geri çağırıb: 

"Vladimir Putin Nikol Paşinyanın son açıqlamasıyla “qırmızı çizgiləri” aşdığı qənaətindədir. Putin Paşinyana xatırladıb ki, müharibənin qızğın çağında ona zəng edib və atəşkəs təklifi edib. Paşinyan Putinin təklifinə razılaşmayıb və nəticədə Qarabağın tamamı Azərbaycanın nəzarətinə keçib. Putin ona görə Paşinyana bu xatırlatmanı edib ki, Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsinə görə Paşinyan Rusiya hakimiyyətini deyil, özünü qınamalıdır. Həmin dövrdə atəşkəs bizim də maraqlara cavab vermirdi, işi yarımçıq qoymaq olmazdı".

Ekspert hesab edir ki, bu baxımdan Paşinyanın atəşkəsə razılaşmaması Azərbaycanın da maraqlarına uyğun idi.