​Putin rusiyalıların etibarını itirir – REYTİNQ

Baxış sayı:
5971

Rusiyada Nazirlər Kabinetinin pensiya islahatları elan etməsindən sonra ölkənin lideri Vladimir Putinin reytinqi nə az, nə çox – 15 faiz aşağı düşüb.
 
Bu barədə newsru.com məlumat yayıb.
 
İyunun 14-də rusiyalıların 78 faizi Putinin fəaliyyətindən razı idisə, 10 gün sonra bu göstərici 63,4 faizə enib.
 
Amma Kreml Rusiya prezidentinin reytinq göstəricilərindəki dəyişkənliyə görə heç bir narahatlığa əsas görmür.