Qalmaqal: Alimimizin mirasına Almaniyadan qadağa
1-07-2018 22:52
Baxış sayı:
2989

Dünya şöhrətli islam alimi Fuad Sezginin kitabxanasını Frankfurt Universitetindən gətirmək cəhdi ilə bağlı qalmaqal yaranıb.
Bu barədə türk mətbuatına istinadən hüquqşünas Səməd Vəkilov məlumat verib. O bildirib ki, F.Sezginin kitabxanasının ölkədən çıxarılmasına hava limanında icazə verilməyib.
Həmçinin Frankfurt Universitetində rəhbərlik etdiyi Ərəb-İslam Elmləri Tarixi İnstitutuna və muzeyinə rəhbərlik artıq başqa şəxsə tapşırılıb.
Qeyd edək ki, Türk dünyasının böyük alimi Fuad Sezgin ötən gün 94 yaşında vəfat edib.