Qəbələdə dəhşət: minik maşını ağaca çırpıldı, 2 nəfər öldü

Baxış sayı:
3595

Qəbələ rayonunun Mirzəbəyli kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Muxalifet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan şimal-qərb regional mərkəzinin müvafiq xilasetmə qüvvələri 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı cinayət işi başlanılıb.