​Qəbələdə qanunsuz meşə materialı aşkar olundu

Baxış sayı:
8125

Meşələrdə ağacların qanunsuz kəsilməsi və daşınması hallarının qarşısının tam alınması məqsədilə Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları reyd keçirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, reyd zamanı Qəbələ rayonunun Bum meşəbəyliyinin 6 saylı dolayında gecə saat 3-4 radələrində iki “URAL” markalı dövlət nömrə nişanı olmayan avtomobillər saxlanılıb. Avtomobillərin yük yerində qanunsuz yolla əldə edilmiş 12 m3 həcmində işlik fısdıq cinsli meşə materialı aşkar edilib və sənədləşmə işləri aparılıb.