Qəndildə 200 TERRORÇU ÖIDÜRÜLDÜ

Türkiyə, terror təşkilatı PYD/PKK-ya dünyanı dar edir. İyunda keçirilən əməliyyatlarla 300 terrorçu zərərsizləşdirilib. Təkcə Qəndil və ətrafında keçirilən hava hərəkatlarında 200 PKK-lı terrorçu öldürülüb.
Türkiyənin bütün güc və kəşfiyyat orqanları birlikdə terror təşkilatlarına aman vermir. Təkcə iyunda təhlükəsizlik qüvvələri 300 terrorçu zərərsizləşdirib. İraqın şimalı və Qəndilə qarşı keçirilən hava hərəkatları və quru əməliyyatlarında da 200 terrorçu öldürülüb.
İyun ayında terror təşkilatı PYD/PKK-nın hücumları nəticəsində 19 təhlükəsizlik işçisi şəhid olub. Bir mülki vətəndaşın həyatını itirdiyi əməliyyat və hücumlarda yaralanan 28 əsgər müalicə altına alınıb. PKK və təşkilatın gənclər qurumlarına yönəlik bir çox rayonda keçirilən əməliyyatlarda nəzarətə alınan 412 nəfərdən HDP və DBP-li rəhbərlərin də aralarında olduğu 80 şəxs həbs olunub.
Müxalifət.az