Qəndildə ilk mərhələ tamamlandı! PKK AFRİN TAKTİKASINA KEÇİR

Baxış sayı:
3136

İyunun əvvəlindən bu yana İraqın şimalında 130 terrorçu öldürülüb. Quru əməliyyatlarıı çərçivəsində 35 km İraqın içərilərinə doğru irəliləyən TSQ, bölgədəki əsas strateji ərazilərə nəzarət edərək birinci mərhələni tamamlayıb. Kəşfiyyat da parallel olaraq PKK lider kadrlarının ardınca düşüb. Terrorçular, Afrində etdiyi kimi, mülki paltarlar geyərək bu dəfə də Türkiyəyə sızma cəhdinə başlayıb. Xəndək terrorunda məqsədinə nail olmayan, Afrində məğlubiyyətə uğrayan, son əməliyyatlarla birlikdə Qəndili itirəcəyini anlayan terror təşkilatı PKK, yeni taktikalara müraciət edir. Son bir həftədə Hakkari və Şırnak bölgəsində baş verən terror hadisələri, PKK-nın son çırpıntıları olduğunu göstərir. İçəridə və sərhəd xaricində başını belə qaldıra bilməyən terrorçular, Afrində gizlənmək üçün etdikləri üsulları burada da tətbiq etməyə başlayıblar. Belə ki, terrorçular mülki paltarlar geyərək Türkiyəyə sızmağa çalışırlar ki, içəridə terror törətməklə diqqəti Qəndildən yayındırsınlar. İLK MƏRHƏLƏ BAŞA ÇATDI Qəndil əməliyyatında ilk mərhələ başa çatıb. Bölgədə təxminən 35 kilometr dərinlikdə nəzarəti təmin edən TSQ, bir tərəfdən yeni müşahidə sahələri və baza zonaları yaradarkən, digər tərəfdən də ikinci və üçüncü mərhələ üçün bölgəyə hərbi və lojistik güc toplayır. Kəşfiyyat ünsürləri də PKK-nın lider heyətinin ardınca düşüb. Təşkilat rəhbərlərinin İran tərəfinə keçdiyi iddiası ilə bu ölkəylə diplomatik təmasa üstünlük verilib. KARAÇOK ÖNƏ ÇIXIR PKK ilə mübarizə təkcə Qəndillə məhdud tutulmur. İraqın şimalında Mahmur və Sincar bölgələri, Suriyanın şimalında isə Münbiç və Fəratın şərqi də daxil olmaqla, hərtərəfli olaraq planlaşdırmalar aparılır. Bu istiqamətdə Mahmur və Sincarla yanaşı, Suriya-İraq sərhədindəki Karaçok da önə çıxır. Karaçokda hazırda ABŞ-ın PKK/PYD-yə verdiyi silah və sursat anbarlarla yanaşı, 450-yə yaxın PKK-lı terroristin olduğu bildirilir. Müxalifət.az