Qəndildən qaçan PKK-lılar MEŞƏLƏRİ YANDIRIRLAR

Baxış sayı:
1774

Qəndildə terrorçular qaçarkən Kanireş bölgəsindəki meşə sahələrini yandırıblar. Qəndil tərəfdən qalxan tüstülər və partlayış səsləri sərhəddən eşidilir.
 
Türk əsgəri apardığı uğurlu əməliyyatlarla addım addım Qəndilə gedərkən, terrorçular isə meşə sahələrini yandıraraq qaçır.
Xüsusilə Kanireş bölgəsində yaşanan gərgin qarşıdurmalar nəticəsində terrorçulardan təmizləndiyini ifadə edən bölgə xalqı, silah səslərinin hələ də zaman-zaman gəlməyə davam etdiyini bildirib. Terrorçuların qaçarkən ərazidəki meşə sahələrini də yandırdığını dilə gətirən bölgə xalqı, ərazinin çətin coğrafi quruluşu və mümkün tələlərə qarşı Türk əsgərinin yanğına müdaxilə etmədiyini qeyd edib.
Müxalifət.az