Qobustanda ağır qəza: İKİ NƏFƏR ÖLDÜ
3-07-2018 15:05
Baxış sayı:
3394

Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən verilən məlumata görə, iyulun 2-də saat 6 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Elman Osmanov idarə etdiyi “Mersedes Sprinter” markalı mikroavtobusu yolun kənarındakı maneəyə (daş hasara) vurub.
Nəticədə sərnişinlərindən Bakı şəhər sakini Lütvanə Talıblı və Hacıqabul rayon sakini Mənsur Zeynalov hadisə yerində ölüb, digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.