Qərbin bu qərarı Türkiyə üçün mənfi nəticələr verir

Bu qərarlar Miqrant Konvensiyasına uyğun deyil. Sığınacaq bir haqdır. Heç kəs məcbur qalmadan onsuz da qaçqın olmur, məcburi səbəblərdən qaçqın vəziyyətinə düşür. Buna görə də o insanların hüquqlarını müvafiq müqavilə əsasında yerinə yetirmək lazımdır. Amma təəssüf ki, bu məsələdə Avropa Birliyi qaçqın hüquqları ilə bağlı beynəlxalq müqaviləni pozmağa davam edir.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyənin İnsan Haqları Dərnəyinin rəhbəri Öztürk Türkdoğan bildirib.
"AB-nin qərarları Türkiyə üçün mənfi nəticələr verir. 3 milyard avro Türkiyənin problemlərini həll etməyə kifayət etmir. Ərdoğanın da açıqlamasına əsasən, miqrantlara görə 30 milyard dollar pul xərclənib", - Türkdoğan söyləyib.
Qeyd edək ki, Brüsseldə keçirilən Avropa Birliyi sammitində Avropaya müxtəlif yollarla getməyə çalışan qaçqınların sayını məhdudlaşdırmaq barədə qərar verilib. Bu məqsədlə miqrant axınına nəzarət edəcək mərkəzlər yaradılacaq. Həmçinin AB sərhədlərində nəzarətin artırılması planlaşdırılır.