Qətərlə danışıqlar başa çatdı, ancaq S-400-lər... - Rus səfir
23-07-2018 20:02
Baxış sayı:
4129

Qətərlə bəzi hərbi silah-sursatlarla bağlı danışıqları başa çatdırdıq, S-400 raket əleyhinə müdafiə sistemləri üçün də danışıqlar davam edir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiyanın Dohadakı səfiri Nurməhməd Xolov bildirib.
"S-400 hava müdafiə sistemləri məsələsində danışıqlar davam edir, ancaq indiyə qədər dəqiq bir nəticə əldə edilmədi", - Xolov söyləyib.