Quantanamo məhkumu saxta pasportla Türkiyəyə qaçdı - FOTOLAR

Uruqvayda yaşayan keçmiş Qantonamo məhkumu Cihat Diyabın ötən ay saxta pasportla ailəsinin yaşadığı Türkiyəyə qaçdığı aşkara çıxıb. Türkiyəyə gəldikdən sonra pasportunun saxta olduğu üçün ölkədən çıxarılan Diyab barəsində Uruqvay mətbuatı onun bu ölkənin pasportundan istifadə eləmədiyini, bunun səbəbinin isə bundan əvvəl Türkiyəyə gəlmək müraciətlərinin rədd edilməsi olduğunu yazıb.
Suriyalı Cihat Diyab ABŞ-dakı 11 sentyabr hadisəsindən sonra Amerikanın Kubanın Quantanamo körfəzində qurduğu həbsxanada 12 il cəza çəkib, bundan sonra isə Quantanamo bağlanıldığı üçün Uruqvaya göndərilib. Diyab bundan əvvəl 4 dəfə Türkiyəyə qaçmağa cəhd eləmişdi. Onun 3 oğlu və nəvələri bu ölkədə yaşayır. Fəs ölkəsinə “məxsus” saxta pasportla San-Pauludan Türkiyəyə uçan Diyab Quantanamoda qaldığı 12 il müddətində ona qarşı heç bir ittiham irəli sürülməyib, Diyab heç bir məhkəməyə çıxarılmayıb. Bundan əvvəl ailəsi ilə görüşmək və Uruqvaydan bir ərəb ölkəsinə göndərilmək üçün 68 gün boyunca ölüm aclığı keçirən Diyabın tələbləri Uruqvay idarələri tərəfindən qəbul edilməmişdi. Livanda doğulmuş Diyab 2002-ci ildə ABŞ-ın Pakistanın Lahor şəhərindəki əməliyyat zamanı həbs edilərək Quantanamaya göndərilmişdi.
Diyabın həyat yoldaşı Yusra el Huseyin həyat yoldaşının həbsxanadan çıxarılması üçün dəfələrlə beynəlxalq insan hüquqları təşkilatlarına müraciət edib.
ABŞ-ın keçmiş prezidenti Barak Obamanın Quantanamonu bağlatmaq qərarından sonra Uruqvay 2014-cü ildə 6 nəfər məhkuma siyasi sığınacaq verməyə razı olmuşdu.
Uruqvay mətbuatı Cihat Diyabı 6 məhkum arasında ən problemli şəxs hesab edir. O, iki il əvvəl tanış olub dostlaşdığı fələstinli Ömər Hader Attalla ilə ortaq iş qurduqdan sonra Attalladan aldığı 35 min dolları geri qaytarmamaqda ittiham edilir. 2018-ci ilin yanvarında başlanan məhkəmə işi hələ bitməyib, lakin Diyabın bu məhkəmə işinə görə Uruqvaydan qaçması ehtimalı çox zəifdir...
1990-cı illərdə Əsəd hökumətinə qarşı çıxışları səbəbindən barəsində edam hökmü çıxarıldığı bildirilən Diyab 2000-ci ildə Əfqanıstana qaçmışdı(hurriyyet.org).