QUBADA ZƏLZƏLƏ OLDU

Baxış sayı:
1945

Qubada zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Yerli vaxtla saat 09:23:04-də Qubadan 19 km cənub-şərqdə Quba ərazisində zəlzələ baş verib.

Maqnitudası 3.0, dərinliyi 9 km olan zəlzələ episentrdə 3 bala qədər hiss olunub.