Ərəblər bir-birinə GİRDİ: MİSİR PREZİDENTİNİ TƏHQİR ETDİ

Baxış sayı:
2257

Misirdə dövlət çevrilişi ilə hakimiyyətə gələn Sisi ilə çevrilişi maliyyələşdirən Birləşmiş Ərəb Əmirliyi arasındakı münasibətlərin pozulacağı ilə bağlı yeni bir detal ortaya çıxıb.
 
Körfəz Ərəblərinin tanınmış akademik və müəlliflərindən biri olan Abdulhalil Abdulla, Misir prezidenti Sisiyə "dilənçi" deyib.
Akademik-yazar yalnız dilənçi deməklə də yetinməyib, bir də Sisini president deyil, Misir valisi, diz çöküb, yalvaran adam deyə, bəhs edərək onu alçatdıqca alçaldıb.
Ərəb yazıçı, çıxış və yazılarında Sisidən bir Misir prezidenti kimi danışmayıb, "Sisini Misirə vali təyin etdik" ifadəsini işlədib.
Bu vəzifə üçün də Sisinin Ərəb Kralları, şahzadələrinin ayaqlarına qapanıb, yalvardığını deyib.
Misiri və çevrilişçi Sisinii yerdən yerə vuran BƏƏ müəllif I Misirin ən kiçik körfəz ölkəsindən belə daha az bir gücə malik olduğunu bildirib.
Xülasə, Ərəb dünyasının burulğanı qəbul edilən Misirin düşdüyü durum təəssüf belədir.
Qərbyönümlü Birləşmiş Ərəb Əmirlikləri, Misirdə çevriliş həyata keçirib, bir çevrilişçi ölkənin başına qoyduğuna da "vali" deyirsə, artıq buna etiraz etmək mümkün deyil.
 BƏƏ-yə görə, Misir onların bir əyalətidir. Sisini də daim bu cür alçaltmalarla tənzimləyirlər.
"Biz olmasaq, sən bitərsən" deyirlər.
Bir vaxtlar Fələstinin, Qüdsün, İslam coğrafiyasının, ümmətin ümidi olan Misirin halı təəssüf ki bu vəziyyətdədir.
Müxalifət.az