Ərdoğana çağırış edildi: Bütün siyasi liderləri topla
29-06-2018 22:22
Baxış sayı:
2428

Türkiyənin Səadət Partiyası Prezident Rəcəb Tayyib Ərdoğana çağırış edib. Muxalifet.az xəbər verir ki, SP Ərdoğana cəmiyyətdə artan gərginliyi azaltmaq üçün bütün siyasi partiya liderlərinin iştirakı ilə toplantı keçirilməsi barədə müraciət edib. SP qeyd edir ki, ən mühüm ehtiyac sülh, əmin-amanlıq və qardaşlıq mühitinin yaradılmasıdır. "İclas birlik və bərabərliyin güclənməsinə müsbət təsirini göstərəcək", - müraciətdə bildirilib.