Ərdoğanın köməkçisindən Allahşükürə şapalaq kimi cavab - DİPLOMATİK SAVAŞ

Baxış sayı:
1434

“Demək ki, İran Ermənistana silah, Azərbaycana isə fitva göndərirmiş. Amma Xamaneinin fitvası Xamaneinin silahını məğlub edibmiş”.
 
Ovqat.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın baş müşaviri Mücahit Küçükyılmaz özünün Tvitter hesabında bu sözləri paylaşıb.
 
Küçükyılmazın bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadəyə ismarış kimi dəyərləndirilə bilər. Zira şeyxülislam İran dini lideri ayətullah Xameneinin fitvası ilə 44 günlük savaşda ərazilərimizi işğaldan azad edə bildiyimizi iddia etmişdi.