“Reyters” YPG-nin Münbiçdən çəkildiyini xəbər verdi: TÜRKİYƏ TƏKZİB ETDİ

Baxış sayı:
4114

“Reuters” terror təşkilatı YPG terrorçularının Suriyanın Münbiç qəsəbəsindən tamamilə çəkildiyini xəbər verib. Türkiyənin Xarici İşlər Nazirliyindən edilən açıqlamada isə "Şişirdilmiş xəbərdir, Münbiçdə proses davam edir" deyə, qeyd edilib.
 
Qeyd edək ki, “Reuters” xəbər agentliyi, bu gün səhər verdiyi son dəqiqə xəbəri ilə terror təşkilatı YPG nümayəndələrinin Suriyanın Münbiç qəsəbəsindən tamamilə çəkildiyini və "Bu hadisənin Türkiyənin uzun müddətdir reallaşmasını istədiyi bir məsələ olduğunu" bildirmişdi.
 
TÜRKİYƏ XİN: PROSES DAVAM EDİR
 
Türkiyə XİN-dən məsələ ilə bağlı edilən açıqlamada, "PYD/YPG-nin Münbiçdən tamamilə çəkildiyinə dair xəbərləri şişirdilmişdir. Proses hələ də davam edir. Patrul xidməti göstərilən marşrutlar üzərindəki nəzarət nöqtələrindən çəkilmə prosesi sürür. Birgə patrul hazırlıq işləri davam edir. Bu səbəbdən Münbiçdən bu mərhələdə PYD/ YPG-nin tamamilə çəkildiyinə dair xəbərlər həqiqəti əks etdirmir" deyə, qeyd edilib.
Müxalifət.az