Ronaldo otel işçilərinə 20 min bəxşiş verdi
19-07-2018 14:52
Baxış sayı:
10969

“Yuventus”un hücumçusu Kristiano Ronaldo Yunanıstanın “Kosta-Navarino” otelinin işçilərinə 17850 funt (təxminən 19.6 min avro) bəxşiş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə “San” nəşri yazıb.
Məlumata görə, Turin klubu ilə danışıqlar üçün Yunanıstana gələn futbolçu istirahət mərkəzindəki xidmətdən çox təəccüblənib. “Yuventus”un nümayəndələri otel rəhbərliyindən sözügedən məbləği bütün işçilər arasında bərabər bölüşdürməsini istəyib.