Ronaldo tarixi təklifi rədd etdi!
9-07-2018 08:19
Baxış sayı:
6454

Dünya Çempionatına erkən vida edən Portuqaliya və Kristiano Ronaldo, transfer gündəmi ilə yenidən diqqətlərə gəlib.
“Marca”-da yer alan xəbərə görə, Çin Super Liqasında mübarizə aparan bir komandanın Ronaldoya 2 illik müqavilə və 200 milyon avro təklif etdiyi qeyd olunub.
Ronaldonun bu təklifi rədd etdiyi qeyd edilib. İllik 100 milyon euro təklifini qəbul etməyən və Çini istəməyən təcrübəli oyunçu, Avropadan ayrılmaq istəmədiyi üçün bu təklifə soyuq yanaşıb.
Müxalifət.az