Rus gənclər ölkədən qaçmaq istəyir - Sorğu
2-07-2018 13:30
Baxış sayı:
4411

Rusiyanı tərk etmək istəyən gənclərin sayı son 5 ildə maksimum həddə çatıb. Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzi yayıb. Mərkəz 18-24 yaş arası rusların 31%-nin ölkəni tərk etmək istədiyini bildirib. Bütün yaş qrupları arasında isə emiqrasiya etmək istəyənlərin sayı əhalinin 10%-ni təşkil edib. Rusiyanı tərk etmək istəyənlərin böyük hissəsi Almaniyaya köçmək istədiklərini bildiriblər. Ondan sonrakı yerdə isə ABŞ, İspaniya, Kanada və İtaliya yer alıb.