"Rusiya çox təhlükəli rəqibdir" - FERNANDO YERRO
30-06-2018 15:18
Baxış sayı:
7189

“Bilirik Rusiya millisi necə oynayır. Onlar cinahlardan hücumlar qururlar. Bu, da onların çox təhlükəli rəqib olması deməkdir”.
Qol.az-ın məlumatına görə, bu sözləri İspaniya millisinin baş məşqçisi Fernando Yerro “Maraca”ya açıqlamasında deyib
O, DÇ-2018-in 1/8 finalında Rusiya ilə keçiriləcək görüş barədə fikirlərini bildirib: “Onu da unutmayaq ki, Rusiya öz meydanlarında, çoxsaylı azarkeşlərinin qarşısında oynayacaq. Futbolçularımız çox məşq ediblər. Onlar səbirsizliklə pley-off oyununu gözləyirlər”.
Qeyd edək ki, sabah keçiriləcək İspaniya – Rusiya oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.