Rusiya millisinin sabiq futboçusu məşqçiliyə başladı
24-07-2018 13:23
Baxış sayı:
4195

Rusiya milli komandasının və Moskva MOİK-inin sabiq futbolçusu Sergey İqnaşeviç məşqçilik karyerasına başlayıb.
"Report" klubun saytına istinadən xəbər verir ki, 39 yaşlı sabiq müdafiəçi MOİK-in gənclər komandasında çalışacaq. O, baş məşqçi Andrey Aksyonovun köməkçisi olacaq.
Qeyd edək ki, Sergey İqnaşeviç DÇ-2018-in 1/4 finalında Xorvatiyaya penaltilər seriyasında uduzduqları görüşdən sonra futbolçu karyerasını başa vurduğunu açıqlayıb.