Rusiya qarışdı: 30-dan artıq ŞƏHƏRDƏ XALQI KÜÇƏLƏRƏ ÇIXARDI

Rusiya prezidenti Vladimir Putinə müxalifətdə olan şəxslərin önündə gələn Aleksey Navalnıyın çağırışyla Rusiyada minlərlə insan hökumətin pensiya yaşını mərhələli olaraq yüksəldən qanun layihəsini etiraz edib.
Korrupsiyaya Qarşı Mübarizə Fondunun təsisçisi və aparıcı müxalifətçilərdən Aleksey Navalnıyın çağırışıyla müxtəlif şəhərlərdə aksiyalar keçirilib.
İrkutsk, Vladivostok, Xabarovsk, Omsk, Orenburq, Çelyabinsk və Tver başda olmaqla, 30-dan artıq şəhərdə minlərlə insan, pensiya yaşını yüksəldən layihəni etiraz etmək üçün küçələrə tökülüb.
ÇEMPİONAT QADAĞASI
Dünya Futbol Çempionatında matçların oynandığı Moskva və digər 10 şəhərdə aksiya keçirilməsinə icazə verilməyib.
Rusiya Federasiyası Kommunist Partiyası və Rusiya Liberal Demokrat Partiyasının da dəstəklədiyi aksiyalar insidentsiz keçib.
Qeyd edək ki, Rus hökuməti, gələn ildən etibarən pensiya yaşının mərhələli şəkildə kişilər üçün 60-dan 65-ə, qadınlar üçün də 55-dən 63-ə yüksəldilməsini nəzərdə tutan qanun layihəsini 14 yunda Rusiya parlamentinin alt qanadı Dumaya təqdim edib.
Müxalifət.az