Rusiya sərhədlərində yeni diviziya yaradılır – VƏZİYYƏT GƏRGİNLƏŞİR

Baxış sayı:
4915

Latviyanın Adaji hərbi bazasının ərazisində MATO-nun “Nord” adlı yeni diviziyası yaradılacaq.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda “Sputnik” agentliyinin Estoniya xidməti bildirib.
Diviziyanın tərkibinə Estoniya, Danimarka və Latviyadan hərbi qulluqçular girəcəklər. Diviziya Baltika regionunun müdafiəsinə görə cavab verən NATO-nun ümumi komanda şəbəkəsinin hissəsi olacaq.
Qeyd edək ki, son illərdə Baltika regionunda Şimali Atlantika İttifaqının görünməmiş güclənməsi müşahidə olunur. Polşa və Baltikyanı ölkələrdə NATO qoşunlarının yerləşdirilməsi haqqında qərar 2016-cı ili yayında Rusiyanın hücum təhlükəsi ilə əlaqədar ittifaqın Varşava sammitində təsdiq edilib.