Rusiyadan F-35-ə qarşı SU-57!

Baxış sayı:
8254

Rusiya ABŞ-ın istehsal etdiyi F-35-lərlə müqayisə olunan SU-57-nin istehsalında sona gəlindiyini bildirib.
 
Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçko, Rus mətbuatına Rusiyanın SU-57 qırıcısının istehsalı haqqında məlumat verib. Krivoruçko, istahsal işlərinin uğurla davam etdiyini söyləyərək, "Təyyarələrimizin fiziki istehsalı tamamlanıb. Rusiya Müdafiə Nazirliyi inventarına girəcək olan 12 təyyarənin mühərrik testləri aparılır" deyib.
Rusiya Müdafiə Nazirliyinin inventarına girəcək olan 12 təyyarənin 2019 tarixində təslim edilməsi gözlənilir. ABŞ istehsalı F-35 ilə daim müqayisə edilən, həm maya dəyərinin aşağı olması, həm də F-35-ə qarşı daha yaxşı bir təyyarə olduğu bəzi ekspertlərlə irəli sürülən təyyarənin ilk sınaq uçuşu 2010-ci ildə baş vermişdi. Bu təyyarə, Rus Hərbi Hava Qüvvələrindəki Su-27 və Mig-29un yerini alması üçün nəzərdə tutulub.
Müxalifət.az