Rusiyadan GÜC NÜMAYİŞİ – İlin sonunda silahlanmaya daxil ediləcək
3-07-2018 11:14
Baxış sayı:
3199

Rusiyada “S-400” hava hücumundan müdafiə sistemi üçün böyük hərəkət radiuslu zenit raketinin dövlət sınaqları başa çatdırılıb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda hərbi sənaye kompleksindəki mənbə bildirib.
“Kapustin Rar poliqonunda “S-400” sisteminin 40N6E uzaqvuran raketinin dövlət sınaqları başa çatdırılıb”, - mənbə deyib.
Qeyd edilir ki, sınaqlar müvəffəqiyyətli olub.
Mənbənin sözlərinə görə, raket ilin sonuna kimi silahlanmaya qəbul edilə bilər. “Almaz-Antey” konserni raketinin istehsalçısıdır.