Ruslar ayağa qalxdı: Bu görüntü FİFA-nı hərəkətə keçirdi
8-07-2018 21:23
Baxış sayı:
5716

DÇ-2018 çərçivəsində Rusiya ilə keçirilən matçda vurduğu qolla diqqətləri üzərinə çəkən xorvat futbolçu Domoqoy Vida ağır cəza ilə üzləşə bilər.
Muxalifet.az xəbər ki, Vidanın keçmiş ukraynalı futbolçu Oqnjen Vukojeviç ilə çəkdiyi videoda "Yaşasın Ukrayna! Bu qələbə "Dinamo Kiyev" və Ukrayna üçündür" sözlərini deməsi FİFA-nı hərəkətə keçirib. Məlumata görə, futbol qurumu bu ifadələrdə siyasi çalarlar olması səbəbilə istintaq başladıb. İttiham sübuta yetirilsə, Vida 2 oyunluq cəza alacaq və təxminən 5 min İsveçrə frankı məbləğində cərimələnəcək.
Sözügedən videonun sosial şəbəkədə paylaşılmasından sonra ruslar böyük etiraz kampaniyası başladıb.
Qeyd edək ki, ötən gün keçirilən matçda Xorvatiya penaltilərdə Rusiyanı 4:3 məğlub edib.