Sabah bu ərazidə işıq olmayacaq - XƏBƏRDARLIQ

Baxış sayı:
4867
Sabah Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisi təchizatında fasilələr yaranacaq.
Azərişıq ASC-dən Axar.az-a verilən məlumata görə, Səhmdar Cəmiyyətə məxsus 110 kVt-luq 1-ci Xırdalan hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində iyulun 25-27-də elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq.