SABİQ NAZİRİN KADRI ONA QARŞI ÇIXIR - “Şəmkirin icra başçısı Fazil Məmmədovu satmağa hazırdır”

Məktəblini zorlayan şəxsi qoruduğu iddia olunan icra başçısı Rövşən Bağırov həftənin ikincisidir

Baxış sayı:
8890

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Beləliklə, ötən həftə - 19-25 iyun 2018-ci ildə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 1-ci yeri “Şəmkirin icra başçısı Fazil Məmmədovu satmağa hazırdır” – şok iddia'', “Rəzalət- Şəmkirin başçısı küçələrə "yol" çəkir…” başlıqlı 2 məqalənin 8 saytda yayılması ilə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 2-ci  yeri “Beyləqan başçısı və təhsil şefi məktəblini zorlayanı qoruyur - tükürpədici ittihamlar..”, “Beyləqanda 16 yaşlı məktəbli qızı zorlayan şəxs yerli məmurlar tərəfindən müdafiə edilir – qız atası BakuNews.az-a danışdı” başlıqlı 2 məqalənin 5 elektron KİV-də yayılması ilə Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tutur.

Nəhayət, mətbuatda adı ən çox hallanan icra başçıları arasında 3-cü yeri isə “Qaradağ rayonunda QOÇU DƏSTƏSİ və ya İcra Hakimiyyətinin “KARANTİ”si - Nadir İsmayılov” başlıqlı 1 məqalənin və “Xocavənd rayon icra başçısı haqda müdhiş iddialar”, “Elçibəydən qalan, İsa Qəmbərin təyin etdiyi icra başçısı haqda müdhiş iddialar” başlıqlı 2 məqalənin 3 elektron KİV-də yayılması ilə uyğun olaraq Qaradağ rayon icra başçısı Süleyman Mikayılov

və Xocavənd rayon icra başçısı Eyvaz Hüseynov bölüşürlər.


Muxalifet.az