Salah Misir yığmasını tərk edir...
21-06-2018 09:45
Baxış sayı:
3331

Misir yığmasının hücumçusu Məhəmməd Salahla Misir Futbol Federasiyasının rəhbərliyi arasında qalmaqal yaşanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “Eqipt Tudey” saytı yayıb. Sayt qalmaqala əsas səbəbin Misir yığmasının Dünya Çempionatına hazırlığı olduğunu bildirib. Belə ki, Salah federasiya rəhbərliyi ilə yığmanın çempionata hazırlığını yaxşı təşkil etməmələri ucbatından dalaşıb.
Misir mətbuatı Salahın bu insident ucbatından Səudiyyə Ərəbistanı ilə oyuna çıxmayacağını bildirib. Onun hətta Rusiyanı vaxtında əvvəl tərk edəcəyi də vurğulanıb.
Qeyd edək ki, Misir yığması bu il Dünya Çempionatında qarşılaşdığı hər iki rəqibinə uduzub. Komanda səkkizdə bir finala çıxmaq şansını rəsmən itirib.