Şamaxıda qadın şüşə silərkən ikinci mərtəbədən yıxılıb

Baxış sayı:
2851
Şamaxı rayonunun Məlcək kəndində qadın yıxılaraq ağır xəsarət alıb.
Muxalifet.az "Report"un Şirvan bürosuna istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü yerli sakin Dəmirova Şamama Əli qızı yaşadığı evin pəncərəsini silərkən 2-ci mərtəbədən yerə yıxılıb.
Ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadına ilkin tibbi yardım göstərilib.
Tibb müəssisəsindən verilən məlumata görə, Ş.Dəmirovada hər iki mil sümüyünün qapalı yerdəyişmiş sınıq müəyyən edilib. Xəstə Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.