Əsədə zərbə: İNGİLİS QIRICILARI BOMBALADI
2-07-2018 08:37
Baxış sayı:
3610

İngilis Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin, Suriyada Əsəd rejimi tərəfdarı olan qüvvələri bombaladığı bildirilib.
İngiltərənin öndə gələn qəzetlərindən “The Times”, "İngilis qırıcıları Əsədin sərhəd yaxınlığındakı əsgərlərini bombaladı" başlığı ilə dərc etdiyi xəbərində, ötən ay Suriyanın cənubundakı bir səhrada baş verən qarşıdurmada İngilis təyyarələrinin rejim havadarlarını bombaladığını irəli sürüb.
Suriyanın İraq və İordaniya ilə sərhədinin kəsişdiyi regionda qarşıdurmanın, İngilis silahlı qüvvələrinin təlim bazası yaxınlığında baş verdiyi bildirildi.
Qəzet, yerli mətbuat mənbələrinə əsaslandırdığı xəbərində münaqişədə bir Suriyalı zabitin həyatını itirdiyini yazıb.
Müxalifət.az