​Əsəddən qaçan 2 qadın öldü, 12 azyaşlı isə...

Baxış sayı:
8029

Suriyanın Dera şəhərindən Bəşər Əsəd rejiminin hücumlarından qorunmaq üçün İordaniya sərhədinə qaçan mülki vətəndaşlardan 15 nəfəri aclıq və susuzluqdan həlak olub.
Muxalifet.az xəbər verir ki, həlak olanlardan 2 nəfəri qadın, 12-si isə azyaşlıdır.
Qeyd edək ki, Əsəd rejimi və dəstəkçiləri 20 iyunda Dera şəhərində müxalif qüvvələrin nəzarətindəki mülki yaşayış məntəqələrini ələ keçirmək üçün hərbi əməliyyatlara başlayıb. Müharibədən qaçan xeyli sayda Suriya vətəndaşı İordaniya sərhədinə köç etməyə başlayıb.
Çətin şərtlər altında yaşayan mülki vətəndaşlar bir neçə gündür ki, dəhşətli istilərdən qorunmaq üçün çadır və su tapmaqda çətinlik çəkir.