Senatdan KRİTİK TÜRKİYƏ QƏRARI

Anadolu Agentliyinin məlumatına görə, ABŞ Senatı, Müdafiə Nazirliyinə (Pentaqon) 2019 maliyyə ili üçün 716 milyard dollarlıq büdcə ayrılmasını nəzərdə tutan qanun layihəsini 10 əleyhinə, 85 lehinə olmaqla qəbul edib. Layihədə F-35 döyüş təyyarəsi, Patriot hava müdafiə sistemləri, Chinook surəti ağır nəqliyyat vertolyotu, AH-1 tipi Kobra, H-60 Black Hawk tipli vertolyotları ilə F-16 təyyarələrinin Türkiyəyə satılmasının qadağan olunması lazım olduğunu nəzərdə tutan bir bölüm də yer alıb.
Layihənin Türkiyə ilə bağlı hissəsində "Ankaranın Rusiyadan S-400 hava müdafiə sistemləri almasının iki ölkə arasındakı münasibətləri gərginləşdirdiyi" və "Amerikalı keşiş Endryu Brunsonın buraxılması lazım olduğu" iddia edilib.
Bu layihənin qanun şəklinə düşməsindən sonra 60 gün müddətində müdafiə nazirinin, xarici işlər naziri ilə məsləhətləşərək Türkiyə ilə ABŞ arasındakı münasibətlərə dair Konqresin müvafiq komitələrinə hərtərəfli hesabat təqdim etməsi tələb olunub və bu hesabat təqdim olunmayana qədər Pentaqonun Türkiyəyə Konqresin razılığına tabe hər hansı bir xarici silah satışına razılıq verməyəcəyi məhdudlaşdırması qoyulub.
Layihənin təsdiq üçün ABŞ prezidenti Donald Trampın masasına gəlməzdən əvvəl Konqres Komitəsi kimi tanınan ortaq komissiyada yeganə qanun layihəsi halına gətirilməsi lazımdır.
Müxalifət.az