Senatın QALMAQAL F-35 QƏRARININ ARXASINDAN ONLAR ÇIXDI

ABŞ senatı Türkiyəyə F-35 döyüş təyyarələri də daxil, silah satışını qadağan edən layihəni qəbul edib. Bəs o layihəni hazırlayan senatorlar kimlərdir? Bu məsələdə 3 isim ön plana çıxır. Bunların üçü də ABŞ-dakı FETÖ şəbəkəsi ilə əməklıqda olan senatorlardır. Janna Shaheen, Thom Tillis və Rocer Wickers.
SENATOR YANNA SHAHEENİN FETÖ İLƏ ƏLAQƏLƏRİ
Türkiyəyə qarşı sanksiya ehtiva edən layihəNİ hazırlayan Janna Shaheen Demokrat Partiyasından olan Missuri senatorudur.
ABŞ-dakı FETÖ şəbəkəsi ilə yaxın münasibətləri var.
Hər zaman Turkic-American ittifaqının tədbirlərində iştirak edir.
FETÖ-nun eynilə “Turkic-American” kimi ABŞ-dakı fərqli adla qurduğu digər bir qurum olan “Turkish Culturel Center”-in də daha əvvəl bir çox proqramında şərəf qonağı olaraq iştirak edib.
SENATOR THOM TILLISİN FETÖ İLƏ ƏLAQƏLƏRİ
Türkiyəyə F-35 döyüş təyyarəsinin satışını əngəlləmək üçün layihə hazırlayan digər senator Respublikaçılardan olan Thom Tillisdir. Tillis də FETÖ deyiləndə ilk ağla gələn senatorlardan biridir.
Bu şəxs FETÖ və PKK ilə əlaqəli casus-keşiş Brunsonun məhkəmə prosesinə qatılmış və Türkiyəyə yönəlik bir çox dəfə müdaxilə və sanksiya tələb etmişdi.
Thom Tillis də layihənin digər hazırlayıcısı olan senator Shaheen kimi, FETÖ təşkilatlarının daimi ziyarətçilərindəndir.
Amerikalı senatorun albomunda ABŞ-dakı terrorçulardan olan Faruk Taban və digər FETÖ-çularla çəkdirdiyi çoxsaylı şəkli var.
SEANTOR ROCER WİCKERSIN FETÖ İLƏ ƏLAQƏLƏRİ
ABŞ senatında qəbul edilən layihənin aparıcı şəxsi isə Rocer Wickersdi. Wickers 13 iyunda Türkiyəyə sanksiya ehtiva edən bir layihə hazırlayıb, təqdim etmiş və F-35-lərin təhvilinin qarşısının alınmasını tələb etmişdi. ABŞ-lı senator Rocer Wickers qalmaqal layihəyə FETÖ-çu casus-keşiş Brunsonun həbs olunmasını əsas göstərmişdi.
Rocer Wickers da ABŞ-dakı FETÖ şəbəkəsinin ən qədim üzvlərindən biridir.
2015-ci ildə FETÖ başçısının tələbi ilə ABŞ-ın dövlət katibi Con Kerriyə məktub yazıb, "Ərdoğanı dayandırın" deyə, çağırış etmişdi.
Buna qarşılıq olaraq da FETÖ-nun hümmət pulları bir neçə dəfə Wickersin seçki kampaniyalarına xərclənib.
Bundan başqa Rocer Wickers, dəfələrlə FETÖ tədbirlərində terrorçularla birgə görüntülənib.
Müxalifət.az